SON XƏBƏRLƏR

İranda daxili çəkişmələr səngimək bilmir

2021.10.20, 07:36
İranda daxili çəkişmələr səngimək bilmir

Gunaz.tv
GünAzTv: İran hüquq-mühafizə orqanlarının tanınmış müxalifət liderlərinə qarşı təzyiqi davam etməkdədir. Bu baxımdan ekspertlərin fikrincə, sabiq prezident Məhəmməd Xatəminin ölkədən çıxmasına qoyulan qadağa siyasi ehtirasları bir qədər də qızışdıracaq. Digər bir tərəfdən müxalifət lideri Mirhüseyn Musəvi bütün qadağalara baxmayaraq, tərəfdarlarını Novruz bayramının axır çərşənbə günü keçiriləcək təntənəli mərasimlər zamanı hakimiyyətə qarşı şüarlar səsləndirməyə çağırıb. Iran cəmiyyətindəki narazılar edam hədəsi qarşısında belə geri çəkilmək niyyətində olmadıqlarını dəfələrlə sübut ediblər. Bəs görəsən belə olan təqdirdə hadisələrin hərarətinin artan xətlə inkişafı Irana nə vəd edir? Ölkədəki proseslərin normal axarına qayıtması üçün hakimiyyət hansı addımları atmalıdır? Bəzi ekspertlərin fikrincə, etnik və mədəni baxımdan çox rəngarəng bir dövlət olan Iran baş verənlərdən tam itkisiz çıxa bilməyəcək. Politoloq Vəfa Quluzadə hesab edir ki, baş verənlər bir daha sübut edir ki, Iranda hazırkı ideologiya yalnız bir müddət davam gətirə bilərdi. Bu tip quruluşların heç bir islahat reallaşdırmadan davamlı olmadığını deyən V.Quluzadə əlavə etdi ki, keçirilən islahatlar isə istər-istəməz quruluşun təməllərinə toxunanda, süqut qaçılmaz olur: “Iran hakimiyyəti gərək əlinə əlverişli imkan düşəndə islahat aparaydı. Iqtidar çox gözəl bilir ki, onun vətəndaşları ölkədə köklü dəyişikliklərin olmasını, islahatların gerçəkləşməsini arzulayır. Amma hakim rejim elə düşünür ki, istənilən dəyişiklik ümumilikdə bütün rejimin çökməsinə səbəb ola bilər. Çünki bir qayda olaraq Iran kimi quruluşlar islahatlara davamsız olur”. Amma hadisələrin gedişatının hakimiyyətin geri çəkilmək niyyətində olmadığını açıqca göstərdiyini deyən V.Quluzadə bildirdi ki, gələcək aksiyalar ölkədə repressiyaları daha da gücləndirəcək. Bu isə nəinki Iran, ümumilikdə regiona yaxşı heç nə vəd etmir: “Vəziyyət, görün nə qədər qəlizdir ki, Iran hakimiyyətinin bir qayda olaraq uğurla sınaqdan çıxardığı ”xarici düşmən təhlükəsi” siyasəti belə cəmiyyətdəki parçalanmanı aradan qaldıra bilmir. Iran hakimiyyəti anlamalıdır ki, dünya artıq dəyişib və gənclik dəyişikliklər istəyir. Gəncləri isə hərəkətə gətirən internetdir. Internet artıq Iranın qapalı qalmasını imkansız edir. Müasir dünyada avtoritar rejimlər üçün Internet bir inqilabi qüvvədir. Iran hakimiyyəti üçün çıxış yolu yaranmış vəziyyətdə geri çəkilmək və müəyyən dərəcədə islah olunmaqdır. Bu bir müddət də Iran hakimiyyətinin ömrünü uzada bilər. Amma sonsuz davam edə bilməz. Hakimiyyət cəmiyyətdəki qüvvələr nisbətini düzgün dəyərləndirməlidir”.azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar