SON XƏBƏRLƏR

Fransa prezidenti: Hər vaxt Ermənistanın yanında olan Fransa, Ermənistanın keçmişdə də indi də dostudur

2021.10.20, 07:36
Fransa prezidenti: Hər vaxt Ermənistanın yanında olan Fransa, Ermənistanın keçmişdə də indi də dostudur

Gunaz.tv
GünAzTv: Fransa dövlət başçısı Nikola Sarkozi, Ermənistan prezidenti Serj Sarkisyanla martın 10-da Parisdə Yelisey sarayındakı görüşündə " Hər vaxt Ermənistanın yanında olan Fransa, Ermənistanın keçmişdə də indi də dostudur" deyib. Bu barədə SİA "NEWS.am"-a istinadən xəbər yayıb. Sarkisyan iki ölkə arasındakı siyasi dialoq səviyyəsini olduqca təqdir edib. Sarkisyan, Fransanın Ermənistan və bütün dünyaya yaşayan ermənilər tərəfindən yaxın bir dost olduğunu, beynəlxalq müstəvidə isə etibarlı bir tərəfdaş və müttəfiq hesab edildiyini söyləyib və bunun erməni-fransız əlaqələrinə xüsusi bir anlam verdiyini qeyd edib. Ermənistan dövlət başçısı, Fransa xalqına və prezidenti Sarkoziyə qondarma erməni soyqırımının tanınması işində göstərdiyi dəstəktən ötəri təşəkkür edib. Sarkozi, hər iki xalq və ölkə arasında bir körpü olduğunu qeyd edib. Fransa prezidenti, Ermənistan dövlət başçısının bölgədə sülh və sabitliyə istiqamətlənmiş "səylərini" olduqca təqdir edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar