SON XƏBƏRLƏR

Tıraxtur Klubu öz tərəfdarlarına Novruz Hədiyyəsi təqdim edəcək

2021.10.20, 07:36
Tıraxtur Klubu öz tərəfdarlarına Novruz Hədiyyəsi təqdim edəcək

Gunaz.tv
GünAzTv: Tıraxtur Futbol Komandasının Klubu 1389-cu il Novruz Bayramı münasibəti ilə öz tərəfdarlarına yadda qalan hədiyyə nəzərdə tutub. Hədiyyə Tıraxtur haqqında sənədli filmdən ibarətdir. GünAzTv mətbuat mərkəzinin “tractorspor.ir”-ə istinadən yaydığı məlumata görə, “T Tıraxtur Kimi” sənədli film orijinal şəkildə Tıraxtur tərəfdarları arasında yayılacaq. Adını çəkdiyimiz film, Klubun rəsmi saytı və həmçinin Təbrizin Bəharə Sərgisində təqdim olunacaq. Sərgi 2010-cu il mart ayının 9-dan 15-nə (isfəndin 18-dən 24-nə) qədər, Təbrizin Beynəlxalq Sərgi məntəqəsində nümayiş etdiriləcək. Yuxarıda Adını çəkdiyimiz film, Tıraxtur Komandasının Ölkə Superliqasında məqamını və müsabiqələrdə oyatdığı həyəcanı əks etdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar