SON XƏBƏRLƏR

“Beynəlxalq Əfv Təşkilatı” zindanda Aclıq Aksiyasi keçirən Abdullah Səduqi ilə bağlı bəyanat yayıb

2021.10.20, 07:36
“Beynəlxalq Əfv Təşkilatı” zindanda Aclıq Aksiyasi keçirən Abdullah Səduqi ilə bağlı bəyanat yayıb

Gunaz.tv
GünAzTv: “Amnesty İnternational”-ın (Beynəlxalq Əfv Təşkilatı) yaydığı bəyanatda qeyd olunur: Təcili tədbir Futbol jurnalisti ittihamsız həbsdə saxlanılır. Futbol jurnalisti Abdullah Səduqi janvarın 18 - də İranın şimal - qərbində yerləşən Təbriz şəhərində həbs olunmuşdur. Çünki, o, Təbrizin Traktor futbol komandasını açıq - aşkar himayət edən afişalar nəşr etmişdir. O, ittihamsız Təbriz həbsxanasında saxlanılır. A. Səduqi azadlığının əsassız əldən alınmasına görə, aclıq aksiyasına başlamışdı. O, sülh yolu ilə öz fikirlərin dilə gətirdiyi üçün həbs olunub və elə bu səbəbə görə, vicdan məhbusu sayılır. A.Səduqinin 33 yaşı var və İranda azlıqda olan azərbaycanlılardan sayılır. O, İranın "Qol", "Korner" və "Xoş xəbər" mətbuat orqanlarına Təbrizin Traktor futbol komandasın müdafiə etdiyini yazır. İran hökumət orqanları onu milli təhlükəsizliyə qarşı ittihamlayırlar. Bundan əlavə, müəyyən afişaları nəşr etməklə, onu pantürküzmdə günahlandırırlar. Bu afişaların birində futbol komandası oyunçularının şəklinin altında türk dilində yazılıb: "Bütün azərbaycanlılar sənlə fəxr edirlər!" A.Səduqi iddia edir ki, bu afişaları nəşr etmək üçün hökumət orqanlarından icazəsi var idi. Azərbaycan türkcəsi İranda rəsmi dil deyil. Kimlər ki Azərbaycanın mədəni kimliyinə və dil haqqlarına yardımçı olurlar, onlara İranın hökumət orqanları şübhə ilə baxırlar. A.Səduqi fevralın sonundan etibarən aclıq aksiyasına başlayıb. Medyada verilən raportlara gərə, o, aclıq aksiyasına başlayandan sonra təcrid olunaraq çox çirkli, şəraitsiz təkadamlıq kameraya salınmışdır. Daha sonra onu qatı cinayətkarlarla birgə ümumi kameraya salmışdırlar. Hədsiz çəki itirdiyinə və səhhətində yaranan tibbi problemlərə görə, 2010 - cu il martın 2 - də Təbriz zindanının klinikasına aparılmışdır. A. Səduqinin öz vəkili və ailəsi ilə son dəfə martın 6 - da görüşü olmuşdur. Bu zaman, o, vurğulamışdır ki, əgər onu azadlığa buraxmasalar və ya məhkəmə olmazsa, aclıq aksiyasını davam etdirəcək. Lütfən, təcili formada fars, türk və ya öz danışdığınız dildə İranın hökümət orqanları il əlaqə saxlayın! İranın hökumət orqanlarına telefon vurun və onlardan tələb edin ki, təcili və şərtsiz Abdullah Səduqini azadlığa buraxsın. Çünki, o, sülh yolu ilə söz azadlığından faydalandığı üçün tutulub, elə buna görə də vicdan məhbusu sayılır. İranın hökumət orqanlarından tələb olunsun ki, o, lazımı formada müalicə olunsun. Həmçinin ona imkan yaransın öz vəkilin və ailəsin nizamlı formada görsün, eyni zamanda ona qarşı olan döymə və işgəncələr dayandırılsın. İranın hökumət orqanlarına bir ölkə kimi beynəlxalq müqavilənamələrdə qeyd olunan vətəndaşlıq və siyasi haqları xatırladın. Iranın bir ölkə kimi vəzifəsi var söz azadlığını və azlıqların öz ana dilində danışma haqqından müdafiə edə. 2010 - cu il aprelin 20 - dən öncə şikayətinizi aşağıdakı unvanlara göndərin: Şərqi Azərbaycan vilayətinin məhkəmə sisteminin rəisi Hüccətülislam Şərifi Şərqi Azərbaycanın Hakimlər Birliyi, Mərkəzi İcma Beginning of Vali-Asr Hill, Tabriz, East Azarbaijan 5157733135, Islamic Republic of Iran Fax: 009841133201109 Məhkəmə sisteminin rəisi Ayətullah Sadiq Laricani Məhkəmə sisteminin sahə rəisi Pasteur St., Vali Asr Ave., south of Serah-e Jomhouri, Tehran, 1316814737 Islamic Republic of Iran Email: Via website: http://www.dadiran.ir/tabid/75/Default.aspx Birinci pəncərədə adınızı, ikinci pəncərədə isə familiyanızı yazın Həmçinin surətləri aşağıdakı ünvanlara göndərin: İran İnsan Haqları Şurasının baş katibi Mühəmməd Cavad Laricani Məhkəmə sistemi orqanı Pasteur St, Vali Asr Ave., south of Serah-e Jomhuri Tehran 1316814737 Islamic Republic of Iran Fax: +98 21 3390 4986 Email: [email protected]/* */ (In subject line: FAO Mohammad Javad Larijani) Salutation: Dear Mr Larijani Bunlardan da əlavə surətləri yaşadığınız ölkədəki İran Səfirliyinə göndərin İngilis dilindən Köçürən : azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar