SON XƏBƏRLƏR

İranın hökumətyönlü “Mehr” agentliyi Azərbaycan dövlətinə yeni ittihamlar irəli sürüb

2021.10.20, 07:36
İranın hökumətyönlü “Mehr” agentliyi Azərbaycan dövlətinə yeni ittihamlar irəli sürüb

Gunaz.tv
GünAzTv: İranın hökumətyönlü “Mehr” informasiya agentliyi martın 10-da Azərbaycan dövlətinə yeni ittihamlar irəli sürüb. GünAzTv mətbuat mərkəzinin "mediaforum "-a istinadən yaydığı məlumata görə, agentliyin dini mövzulu materialında deyilir: “Azərbaycan Respublikasının dövlət idarələrində hicab və namaza qadağalar qoyulsa, məscidlər bolşevik dövrü ilə müqayisədə daha şiddətli şəkildə dağıdılsa da, sionistlərlə vəhabilər tam sərbəst şəkildə fəaliyyət aparır. Azərbaycan Respublikasının müsəlman əhlisinin oyanışı, islama qayıdışı bu ölkədə sionizmin, islam düşmənlərinin, təəssübkeş xristianlığın muzduru olanları əsəbiləşdirib. Onların bu kin və düşmənçiliyini ölkədə baş verən son olaylarda da müşahidə etmək mümkündür. Hökumət məmurları keçmiş Sovet İttifaqı dövründə məmurların dinə qarşı cəsarət edə bilmədiklərini həyata keçirirlər. Kommunistlər məscidləri kitabxana və ya anbara çevirirdilərsə, müstəqil Azərbaycan Respublikasının məmurları məscidləri dağıdır, yerlə yeksan edirlər.Azərbaycan Respublikasının yüksək rütbəli rəsmiləri bu ölkənin bir tolerant ölkə olduğunu iddia edirlər. Lakin ortaya belə bir sual çıxır: nəyə görə bu tolerantlıq yalnız yəhudilər, xristianlar və digər dini icmalara məxsusdur və ölkə əhalisinin 96 faizinin dini sayılan islama şamil edilmir və müsəlman camaatın hüquqları pozulur?”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar