SON XƏBƏRLƏR

Fars mətbuatı tarixi şəxsiyyətlərimizi mənimsəməyə dəvam edir

2021.10.20, 07:36
Fars mətbuatı tarixi şəxsiyyətlərimizi mənimsəməyə dəvam edir

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin “xalq cebhesi” qəzetinə istinadən yaydığı məlumata görə, İranın hökumətyönlü "Mehr" informasiya agentliyi martın 9-da rəsmi Bakını Azərbaycanın dahi şairi Nizami Gəncəvini mənimsəməkdə günahlandırıb. Agentliyin yaydığı "İranlı dahilərin Azərbaycan Respublikası tərəfindən müsadirə olunması davam edir" başlıqlı materialda deyilir: "Azərbaycan Respublikası İranın Nizami Gəncəvi kimi müsəlman şəxsiyyətlərini və onların tarixi əsərlərini müsadirə etmək üçün cəhdini davam etdirir. Nizami Gəncəvi "Xəmsə"sinin Səfəvi hökmdarı Təhmasibin dövrünə aid bir əlyazma nüsxəsinin Böyük Britaniyanın Milli Kitabxanasında İran mədəniyyəti nümunəsi kimi sərgilənməsindən sonra Azərbaycanın Londondakı səfiri Fəxrəddin Qurbanov kitabxananın rəyasət heyətinin sədri Kolin Kolasla görüşərək buna etiraz bildirib. Səfir Azərbaycanın cəmi 20 ildir müstəqil dövlət olduğu gerçəkliyini nəzərə almadan Nizami Gəncəvinin bu ölkəyə aid olduğu iddiasını irəli sürüb. Bundan əvvəl də bir çox tarixçi və tədqiqatçılar Azərbaycan Respublikasında tarix və mədəniyyətin saxtalaşdırılması prosesini pisləyərək, bu istiqamətin dəyişdirilməsi zəruriliyini vurğulayıblar".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar