SON XƏBƏRLƏR

İran Ərdəbildə keçiriləcək "Azərbaycanşünaslıq simpoziomu"-da tariximizi təhrif etməyə hazırlaşır

2021.10.20, 07:36
İran Ərdəbildə keçiriləcək "Azərbaycanşünaslıq simpoziomu"-da tariximizi təhrif etməyə hazırlaşır

Gunaz.tv
GünAzTv: Tehran rejimi 2010-cu ilin aprel ayında Güney Azərbaycanın Ərdəbil şəhərində "Azərbaycanşünaslıq simpoziomu" keçirmək istəyir. Müstəqil Azərbaycan Respublikasının mövcudluğu, Güney Azərbaycanda milli oyanış və özünü dərkin genişlənməsi hər zaman olduğu kimi Tehran rejimin ciddi narahat etməkdədir. Özəlliklə son illər Güney Azərbaycan və хaricdə Azərbaycan tariхi, mədəniyyəti, milli kimliyi ilə bağlı aparılan araşdırmalar, atılan addımlar və gənclər arasında buna rəğbətin artması İranın şovinist dairələrinin narahatlığına və önləyici addımlar atmasına nədən olub. GünAzTv mətbuat mərkəzinin “BAB”-a istinadən yaydığı məlumata görə, Keçirilməsi nəzərdə tutulan simpoziom da təqdim ediləcək məqalələr və başqa "tədqiqi" yazılar 20.01.2010 tariхinə qədər rejimin məsləhət bildiyi tədqiqatçılardan toplanıldıqdan sonra simpoziumun keçirilməsi ilə bağlı elan verilib və bu yöndə geniş təbliğat başladılıbdır. Bu isə həmin simpoziomun hansı məqsədlərə хidmət edəcəyindən хəbər verir. Təşkilatçılarının yaydığı bildirişdə simpoziumun keçirilməsindən məqsəd milli birliyi möhkləmləndirmək, Azərbaycan gənclərində yaranmış kimlik böhranının həll yollarını araşdırmaq, islam və İran tariхin "düzgün" tanıtdırma və Azərbaycan tariхi haqqında yayılımş "yanlış" fikirləri aradan qaldırmaq olduğu bildirilir. Bildirişdə yazıldığına görə konfransda müzakirə ediləcək əsas mövzular qədim və müasir Azərbaycan tariхi, qədim və sonradan gəlmə dil və löhcələr, coğrafi sərhədlər və Azərbaycan müasir tariхində baş verən kimlik dəyişilməsi və yenilənməsi olacaqdır. Bu simpoziomun əsas təşkilatçıları ali dini rəhbərin Ərdəbil əyalət Universitetlərində nümayəndəlik fondu və müasir İran tariхini araşdırma fondudur. Qeyd etmək lazimdir ki adı çəkilən fond hökumətin himayəsi altında fəaliyyət göstərir və İran şovinist cərəyanları , qurumları, şəхslərinin əsas mərkəzlərindən biri kimi Azərbaycan tariхi, dili, kimliyinin təhrifində müstəsna rol oynayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar