SON XƏBƏRLƏR

İranda 50 ton narkotik bir neçə ay ərzində aşkar edilib

2021.10.20, 07:36
İranda 50 ton narkotik bir neçə ay ərzində aşkar edilib

Gunaz.tv
GünAzTv: Bu ilin 11 ayı ərzində İran sərhəd polisi tərəfindən 50 ton narkotik maddə aşkar edilərək götürülüb. Bu haqda “İRNA” xəbər agentliyi xəbər yayıb. İranın sərhəd polisinin rəis müavini Rəhimi Xorşidvənd bildirib ki sərhəd polisinin səyi nəticəsində 50 ton narkotikdən əlavə, qaçaqmalçılardan 10 milyon litr müxtəlif növ yanacaq aşkar edilərək götürülüb. R. Xorşidvənd prezident seçkiləri və Aşura günü ərəfəsində Sistan və Bəlucistan əyalətində, Pakistanla sərhəddə çoxlu silah-sursat tapıldığını söyləyib. Onun sözlərinə görə, bu silahların müxtəlif yollarla Tehrana gətirilməsi və aksiya iştirakçılarına verilməsi nəzərdə tutulurmuş.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar