SON XƏBƏRLƏR

İran iqtisadiyyatının durumu

2021.10.20, 07:36
İran iqtisadiyyatının durumu

Gunaz.tv
GünAzTv: Son günlər İran parlamentinin gündəmində olan yeni ilin büdcə layihəsi nəhayət millət vəkillərinin səs çoxluğu ilə qəbul edildi. Yanvar ayında müzakirəyə çıxarılan İranın növbəti il üçün büdcəsi 368.4 milyard dollar nəzərdə tutulsa da, parlament büdcənin 347 milyard dollar məbləğində təsdiq edib. Xatırladaq ki, keçən ilin büdcəsi 298 milyard dollar təşkil etmişdir. Bu ilki səs vermə zamanı parlamentdə 290 millət vəkili iştirak edib, onlardan 151 nəfəri layihənin leyhinə, 62 nəfəri isə əleyhinə səs verib. Yeni büdcə layihəsinin özəlliyi bir sıra subsidiyaların verilməsinin ləğv olunması, o cümlədən 5 il boyunca 16 növ mal və xidmətə dövlət subsidiyalarının aradan qaldırılmasıdır. Qaldırılan güzəştlər içərəsində ən önəmliləri isə neft, qaz, işıq və benzin, eləcə də əhalinin ən çox istifadə etdiyi çörək, qənd və yağ kimi ərzaq məhsullarına verilən subsidiyalardır. Prezident Əhmədinejadın iqtisadi komandasının hesablamalarına görə subsidiyalarının ləğv olunması halında dövlət gəlirləri 40 milyard dollar artacaq. Amma iqtisadiyyatçı millət vəkili Məhəmməd Mehdi Müfəttihin bildirdiyinə görə, bu rəqəm inflyasiyanın artması nəzərə alınarsa 20 milyard dollardan artıq ola bilməyəcək. Subsidiyaların ləğv olunması barədə qanun daha öncə parlamentdə təsdiq olunsa da, elə mühafizəkar mütəxəssislərin fikrincə bu planının icrası İran iqtisadiyyatında 30 faizdən çox inflyasiya yarada bilər. Amma hökumət növbəti il üçün infilasiya səviyyəsini 25 faiz nəzərdə tutub. “Mehr” xəbər agentliyinin verdiyi məlumata əsasən parlamentin araşdırma mərkəzinin rəhbəri Əhməd Təvəkküli büdcə layihəsinin hazırlanması və hesablanmasını tənqid edərək bildirib ki, aparılan tədqiqatlara əsasən növbəti il İranda infilasiya səviyyəsi 25– 40 faiz arasında olacaq. O, qeyd edib ki, subsidiyaların ləğv olunması nəticəsində yaranan infilasiya isə bu rəqəmi 50 faizə qədər qaldıra bilər. İranın yeni il büdcə layihəsində neftin bir barreli 65 dolar hesablanıb. Bu ilin büdcəsində isə neftin qiyməti 37,5 dollar nəzərdə tutulmuşdu. Hal-hazırda dünya bazarlarında neftin bir barreli 80 dallardan baha satılır. İran xam neft ixrac edən ölkələr içində beşinci yerdədir. Bu il İranın iqtisadi inkışaf göstəricisi yalnız 0,5 faiz olub ki, bu rəqəm isə cox aşağı hesab edilir. Subsidiyaların ləğv edilməsi və neft qiymətlərinin dünya bazarlarında sabit olmaması İran iqtisadiyyatını böyük risklərlə üzləşdirir. Neftin qiymətlərinin ucuzlaşdığı mərhələdə neftdən gələn gəlirlərdən asılı olan İranın problemli iqtisadiyyatı daha çox axsamağa başlayır. Bu subsidiyaların ləğvi ilə üst-üstə düşəndə riskin səviyyəsi də böyüyür. Son illərdə iqtisadi problemlərin vətəndaşlar üzərinfəki yükünü azaltmaq məqsədiylə subsidiyalardan istifadə etmə metoduna üstünlük verən hakimiyyətin yeni addımlarının necə nəticələnəcəyi aydın deyil. Bu addım onsuz da gərgin olan ictimai mühiti daha da gərginləşdirə bilər. Ancaq çox güman ki, həm azalan neft qiymətləri, həm də sərtləşən sanksiyalar rejimi çıxılmaz vəziyyətə salır və rejim bu sıxışıq vəziyyətdə elitanın maraqlarını qoruyaraq, aşağı təbəqənin maraqlarını qurban verməyi məqbul sayır.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar