SON XƏBƏRLƏR

Almaniyada Güneyli Məhbus Səid Mətibpurla bağlı İmzatoplama Kompaniyası başlayıb

2021.10.20, 07:36
Almaniyada Güneyli Məhbus Səid Mətibpurla bağlı İmzatoplama Kompaniyası başlayıb

Gunaz.tv
GünAzTv: Almaniyanın Heydelberq şəhərində 2010-cu il Mart ayının 7-də (İsfəndin 16-ı) hazırda İranda həbsdə saxlanılan cənab Səid Mətinpur və digər Güney Azərbaycanlı məhbuslarla bağlı İmzatoplama Kompaniyası start götürüb. İmzatoplama Kompaniyası bir soydaşımızın təşəbbüsü ilə həyata keçirilir. “Avropa Studio” kinoteatrının qarşısında bir Masa üzərində keçirilən Kompaniyada Səid Mətinpur və Güney Azərbaycanın durumu haqda “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) və Alman ictimaiyyəti məlumatlandırılır. Güney Azərbaycanın ümumi durumu və siyasi məhbuslarının haqqında bildirişlər yayılıb və Güneyli Məhbus cənab Səid Mətinpurun azadlığı tələbi ilə imzalar toplanılıb. Hazırda dəvam edən kompaniya Almanların inanınmaz dərəcədə diqqətini cəlb edib. Onlar Güney Azərbaycan haqqında məlumatsız olduqlarını bildirib bu haqda daha geniş məlumatların çatdırılmasını istəyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar