SON XƏBƏRLƏR

Dünyanın ən böyük neft şirkətləri İrana yanacaq satmaqdan imtina edib

2021.10.20, 07:36
Dünyanın ən böyük neft şirkətləri İrana yanacaq satmaqdan imtina edib

Gunaz.tv
GünAzTv: Dünyanın ən böyük neft şirkətləri İrana yanacaq satmaqdan imtina edib. Hər gün 130 min barel yanacaq idxal edən İrana bu miqdarın təqribən yarısını tədarük edən “Vitol”, “Glencore” və “Trafigura” şirkətlərinin yanacaq satışını dayandırdığı bildirilir. Bu barədə İngiltərənin “Financial Times” qəzeti məlumat yayıb. Nəşr bunun sanksiya təhdidləri və Vaşinqtonun pərdən arxası siyasətinin nəticəsi olduğunu yazır. İran dünyanın ən böyük neft ixracatçısı olduğu halda, ölkədə olan benzin emalı müəssisələri tam tələbatı ödəmir. Dövlətin subsidiya formasında əhaliyə verdiyi yanacağa olan tələbatı ödəmək üçün gündəlik 130 min barel yanacaq idxal edilir. Qəzetin yazdığına görə, İran üç enerji nəhənginin gözlənilməz addımından sonra Dubay və Çinin kiçik neft emalı şirkətlərindən yanacaq almağa başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar