SON XƏBƏRLƏR

Vaşinqton İrana qarşı gözlənilməz addım atıb

2021.10.20, 07:36
Vaşinqton İrana qarşı gözlənilməz addım atıb

Gunaz.tv
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) administrasiyası İran, Sudan və Kubaya qarşı yeni gözlənilməz qanun layihəsi hazırlayıb. GünAzTv mətbuat mərkəzinin Xarici Kütləvi İnformasiya Vasitələrinə istinadən yaydığı məlumata görə, Yeni qaydalara görə, bu ölkələrə internet və informasiya kommunikasiya texnologiyalarının ixracına icazə veriləcək. Bunun sayəsində bu ölkələrin sakinləri bir-biri və ətraf dünya ilə daha sərbəst şəkildə əlaqə saxlaya biləcəklər. Bu addım ABŞ-da nüvə proqramına görə İrana qarşı iqtisadi sanksiyaların gücləndirilməsi ilə bağlı çıxışların artdığı bir vaxta təsadüf etdiyindən gözlənilməz olub. ABŞ administrasiyasının bu addımı Konqresin dəstəyindən sonra həyata keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar