SON XƏBƏRLƏR

Abdullah Səduqinin Vəkili: Müvəkkilim yeriməyə belə qadir deyil

2021.10.20, 07:36
Abdullah Səduqinin Vəkili: Müvəkkilim yeriməyə belə qadir deyil

Gunaz.tv
GünAzTv: İranın Rəsmi və Səlahiyyətli Orqanları tərəfindən icazə verilmiş Tıraxtur Afişalarını (puster), türk dilində nəşr etdiyinə görə hazırda həbsdə saxlanılan Güney Azərbaycanlı milli-mədəni fəal cənab Abdullah Səduqinin (Güntay) Vəkili cənab Tağı Mahmudi “Ruz” saytına müsahibə verib. O öz müsahibəsində bildirib ki, Səduqi 2010-cu il yanvar ayının 18-də (dey ayının 28-i) İranın Rəsmi və Səlahiyyətli Orqanlar tərəfindən icazə verilmiş Tıraxtur Afişalarını (puster) türk dilində nəşr etdiyinə görə həbsə alınıb. Afışalarda “Yaşasın Tıraxtur” və “Yaşasın Azərbaycan” kimi ifadələr Azərbaycan türkcəsində yazılıb. Bu səbəbə görə, müvəkkilimə həbs cəzası kəsilib. Ancaq mənim müvəkkilimin ittihamı ilə kəsilən hökmün arasında heç bir uyqunluq yoxdur. Bu səbəbdən Səduqi fevral ayının 18-dən (Bəhmənin 29-u) etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. O bu günə qədər cismi baxımdan çox zəifləyib, buna görədə onun səhhətində hər an jiddi təhlükə gözlənilir. Cənab Mahmudi vurqulayıb ki, mən və müvəkkilimin ailə üzvləri dəfələrlə Aclıq Aksiyasını dayandırmağı ondan xahiş etmişik. Ancaq o qəbul etməyib. o bəyan edir ki, mən heç bir günaha sahib deyiləm və qanunsuz heç nə etməmişəm. Ona görədə azadlığım təmin olunana qədər aclıq aksiyasını dəvam etdirəcəyəm. Vəkil vurqulayıb ki, Aclıq Aksiyasının 19-cu günündə Səduqi ilə görüşmüşəm. müqavimətli və güclü bədəninin olduğuna rəğmən o çox zəifləyib. hətta yeriməyə belə qadir deyil. O əlavə edib ki, Səduqinin ayağı axsamaya başlayıb. Vəkil cənab Abdullah Səduqinin dələ-duzlar bölümündə saxlanıldığınıda xüsusi vurqulayıb. O bəyan edib ki, Səduqinin saxlanıldığı bölümdə heç bir təmizlik şəraiti yoxdur və ora siyasilər aid edyil. Vəkil məhkəmə müstəntiqinə müraciət etdiyini və Səduqinin vəziyyəti ilə bağlı hər şeyi açıqladığını bildirib. O bir Vəkil kimi Məhkəmə rəsmisinə hüquqi görəvlə yanaşı insani və əxlaqi dəyərləridə xatırlatdığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar