SON XƏBƏRLƏR

İraqda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

2021.10.20, 07:36
İraqda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Gunaz.tv
GünAzTv: İraqda keçirilən parlament seçkilərinin rəsmi olmayan ilkin nəticələrinə görə, Baş nazir Nuru Əl Malikinin liderliyindəki ittifaq 40 faiz səslə öndə gedir. səslərin 25 faizini keçmiş Baş nazir İyad Allavi rəhbərliyindəki İraqiyə Koalisiyası, 18 faizini Şiə İraq Milli İttifaqı, 7 faizini Sünni İraq Birliyi Cəbhəsi və 4 faizini də daxili işlər naziri Cevad Əl Bolanının başçılıq etdiyi İraq Birliyi toplayıb. GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, Seçkinin dəqiq nəticələrinin açıqlanmasının bir neçə həftə davam edəcəyi gözlənilir. İraqın daxilində bu səhər ciddi təhlükəsizlik tədbirləri altında başlayan və xalqın böyük maraq göstərdiyi seçkilərdə, səsvermə əməliyyatı ölkənin 18 vilayətində sona çatdıqdan sonra sandıqlar açılmağa başlanıb. Ölkədə olan 19 milyon seçicinin böyük hissəsinin, 51 min seçki məntəqəsində seçkilərdə iştirak etdiyi bildirilib. İraq parlamentindəki 325 yer uğrunda 167 partiyadan ibarət 12 koalisiya və 74 partiyadan 6 min 200 namizəd yarışıb. İraq ümumi seçkilərinin şəffaf bir mühitdə reallaşması üçün İraq dövlətinin dəvəti ilə yüzdən çox ölkədən və Birləşmiş Millətlər, Avropa Birliyi, Ərəb Birliyi, İslam Konfransı Təşkilatı və çox sayda beynəlxalq qurumdan 500-dən çox müşahidəçi seçkiləri izləyib. İraqlı səlahiyyətlilər səslərin sayılması zamanı təhlükəsizlik üçün görülən tədbirlərin bir müddət daha davam edəcəyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar