SON XƏBƏRLƏR

Tıraxtur-Sepahan müsabiqəsinin sonunda, Polislə Komanda tərəfdarları arasında jiddi qarşıdurma yaranıb

2021.10.20, 07:36
Tıraxtur-Sepahan müsabiqəsinin sonunda, Polislə Komanda tərəfdarları arasında jiddi qarşıdurma yaranıb

Gunaz.tv
GünAzTv: 2010-cu il mart ayının 6-da (İsfəndin 15) Güney Azərbaycanın Milli Komandası Tıraxturla İsfahanın Sepahan komandası arasında keçirilən müsabiqə qarşıdurmasız ötüşmədi. 1-1 nəticəsi ilə yekunlaşan müsabiqəni izləyən 60000 nəfər tamaşaçı, Səhənd (Yadegare emam) Stadiyomundan (Stadion) çıxarkən milli şüarlar səsləndiriblər. hər Tıraxtur müsabiqəsində bir neçə nəfəri həbs edən , getd-gedə Tıraxtur tərəfdarlarına qarşı sərt ölçü götürən İran polisi milli şüarlar səsləndirən soydaşlarımıza hücüm edib. Azərbaycanın Zəncan, Ərdəbil, Urmu, Sulduz, Çaldıran, Qoşaçay, Meşkinşəhr və… bölgələrindən toplaşan 60000 nəfər Tıraxtur Tərəfdarı milli birlik nümayiş etdiriblər. onlar “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun istəməyən kor olsun”, “Azərbaycan var olsun Səduqi azad olsun”, “biz qəhrəman Türklərik farslara baş əymərik” və … kimi şüarlar səsləndiriblər. Həmçinin hakim (davər) Yədullah Cahanbazinin qərəzli hakimliyinə qarşıda “əgər Təbriz uduzsa vay Hakimin halına” və “Qəhrəman Tıraxtur Hakimin Qurbanıdır” kimi fars dilində şüarlar səsləndirilib. Diqqətə layiq məqam ondan ibarətdir ki, şovinizmin ayri-seçkiliyindən cana gələn soydaşlarımız İran Polisinə və İranın xüsusi sivil paltarlı qüvvələrinə öz yerini göstərə bilib. Belə ki qəhrəman soydaşlarımız üzərlərinə hücum edən polis və hökumət əlaltılarını geriyə oturda biliblər. Şahidlərin qeydinə görə, Polis çənginə düşən hər bir soydaşımızı digər soydaşlarımız hücum edərək qurtarırmışlar. Onlar “qorxmayın qorxmayın biz hamımız burdayıq” şüarı səsləndirərək bir-birlərinə mənəvi güc və enerji verirb və bununlada itkinin qarşısını alırmışlar. Bütün müqavimətlərə rəğmən 5 soydaşımız polis tərəfindən yaxalanıb və bir neçəsinində əlbəyaxa qarşıdurmada yaralandığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar