SON XƏBƏRLƏR

Zindan rəisinin göstərişi ilə Azərbaycanlı milli-mədəni fəallar döyülüb və yaralanıblar

2021.10.20, 07:36
Zindan rəisinin göstərişi ilə Azərbaycanlı milli-mədəni fəallar döyülüb və yaralanıblar

Gunaz.tv
GünAzTv: Hazırda Ərdəbil zindanında saxlanılan milli-mədəni fəallar Behruz Əlizadə, Vədud Səadəti, Əli Abbsi və Rəhim Qulami Zindanın Rəisinin göstərişi ilə döyülüb və ağır zərbələr nəticəsində yaralanıblar. GünAzTv mətbuat mərkəzinin BTN-ə istinadən yaydığı məlumata görə, Ərdəbil zindanının Rəisi Ənzabi keçmiş həftələrdə bir neçə ölüm cəzasına məhkum edilmiş məhbusları, zindanın 7-ci bölümünə (Azərbaycanlı milli-mədəni fəalların saxlanıldığı bölüm) göndərib. Məhbus soydaşlarımızın ailələrinə yaxın mənbələr bildiriblər ki, 7-ci bölümə göndərilən məhbuslar məhz Ənzabinin tapşırığı ilə soydaşlarımızı döyüb və yaralayıblar. Məlumata görə, 2010-cu il Mart ayının 6-da (İsfəndin 15-i) 7-ci bölümə gətirilmiş məhbuslar, milli fəallarımızı Tıraxturla Sepahanın müsabiqəsini izləməyə icazə verməyiblər. yaranan dava nəticəsində soyuq silah vasitəsi ilə soydaşlarımızı döyüb və yaralayıblar. Vədud Səadətinin üzünün yarası daha dərindir və onun Burunun qırıldığı bildirilir. Yaranan hadisəyə görə, zindan rəisi Ənzabi yaralananları lağa qoyaraq onları idarə etməyə çağırıb. Xatırladaq ki , belə bir fakt birinci dəfə deyil, keçmişdədə həbsxanalarda dəfərlərlə eyn vəziyyət yaşanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar