SON XƏBƏRLƏR

Ərdoğan: O məclisdə səs verənlərin neçəsi Ermənistanın yerini xəritədə göstərə bilər?

2021.10.20, 07:36
Ərdoğan: O məclisdə səs verənlərin neçəsi Ermənistanın yerini xəritədə göstərə bilər?

Gunaz.tv
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən qərara Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan qəzəbli münasibət bildirib. Ərdoğan deyib ki, qanunun qəbul edilməsinə səs verənlərin əksəriyyəti hətta xəritədə Ermənistanı belə göstərə bilməz (CNN Türk). “Xarici Əlaqələr Komitəsi qondarma soyqırım qanununu 23-22 səslə qəbul etdi. Nə oldu? İndi kim qazandı? Bu kimə sərf edir? Bu qanun kimin xeyrinədir? Amerikamı qazandı? Ermənistanmı qazandı? Tarix yenidən yazıldımı? Komitədə elə bir ssenari oynanıldı ki, bu bir komediyadır. Allah xatirinə tarixə belə baxıla bilərmi? O məclisdə səs verənlərin neçəsi Ermənistanın yerini xəritədə göstərə bilər?”, – deyə Ərdoğan bildirib. Ərdoğan bu qərarın Türkiyəyə heç bir zərər verməyəcəyini vurğulayıb: “İtirən biz olmayacağıq. İtirən, kiçik düşünənlər, intiqam duyğusuyla hərəkət edənlər olacaq. Biz işimizi görəcəyik. Biz kin, intiqam duyğusu, hirslə deyil, konstruktiv bir formada yolumuzda irəliləyəcəyik. Açıq söyləyirəm, Komitənin qərarı Türkiyəyə heç bir zərər verməz”. Ağ evdən yeni xəbər – hər şey bitdi Bu arada Obama administrasiyasından belə bir xəbər yayılıb ki, Komitənin qərarı Nümayəndələr Palatasının ümumi yığıncağında müzakirə olunmayacaq. Məlumata görə bununla bağlı administrasiya ilə Konqres liderləri arasında razılıq əldə olunub. Razılığa əsasən “erməni soyqırımı” layihəsina dair bütün fəaliyyət Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki səsvermə ilə başa çatır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar