SON XƏBƏRLƏR

Hillari Klinton yeni qəbul olunmuş qətnamənin qarşısını almağa çalışacaq

2021.10.20, 07:36
Hillari Klinton yeni qəbul olunmuş qətnamənin qarşısını almağa çalışacaq

Gunaz.tv
GünAzTv: Birləşmış Ştatların dövlət katibi Hillari Klinton deyib ki, Obama administrasiyası yüz minlərlə erməninin türklər tərəfindən qətlini soyqırım kimi tanıyan qətnamənin daha geniş şəkildə müzakirəyə çıxarılmasının qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcək. Amerika Konqresinin Xarici Əlaqələr Komitəsi Birinci Dünya Müharibəsi dövründə ermənilərin qətliyamını soyqırımı kimi səciyyələndirən qətnaməni qəbul etməklə onun daha geniş formatda səsə qoyulmasına yol açıb. Qvatemalaya səfərində, prezident sarayının balkonunda çıxış edən xanım Klinton bəyan edib ki, administrasiya bu qətnamənin Nümayəndələr Palatası tərəfindən daha geniş səsə qoyulmasının qarşısını almağa çalışır. “Mən dünən Türkiyə səfirinin geri çağırılması ilə əlaqədar olaraq Kosta-Rikada açıq-aşkar bildirdiyim kimi, Obama administrasiyası 1 səs çoxluğu ilə Nümayəndələr Palatasının komitəsi tərəfindən qəbul edilmiş qətnaməyə kəskin etiraz edir. Və biz bu qətnamənin Nümayəndələr Palatasının müzakirısinə çıxarılmamasına əmin olmaq üçün çox gərgin işləyəcəyik” - deyib xanım Klinton.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar