SON XƏBƏRLƏR

Kərrubinin oğlu Məhəmmədtağı Kərrubi saxlanılıb

2021.10.20, 07:36
Kərrubinin oğlu Məhəmmədtağı Kərrubi saxlanılıb

Gunaz.tv
GünAzTv: İran prezidentliyinə keçmiş namizəd Mehdi Kərrubinin oğlu Məhəmmədtağı Kərrubi İranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə APA Mehdi Kərrubinin baş katibi olduğu “Milli Etimad” Partiyasının “Etimadmelli” saytına istinadən xəbər yayıb. Məhəmmədtağı Kərrubi təhsil məsələsi ilə əlaqədar olaraq Böyük Britaniyaya gedirmiş. Hava limanında saxlanılan zaman onun ümumvətəndaşlıq pasportu əlindən alınıb. Qeyd edək ki, Mehdi Kərrubinin digər oğlu Hüseyn Kərrubinin də ölkədən çıxmasına icazə verilməmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar