SON XƏBƏRLƏR

Novruz Məmmədov: İran Ermənistanın yaşamasına ən çox kömək edən dövlətlərdən biridir

2021.10.20, 07:36
Novruz Məmmədov: İran Ermənistanın yaşamasına ən çox kömək edən dövlətlərdən biridir

Gunaz.tv
GünAzTv: GünAzTv: İranın ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməsi mümkün deyil. Bunun hüquqi əsası yoxdur. Bu sözləri APA-ya açıqlamasında Prezident Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Azərbaycan münaqişənin həllinə kömək etmək istəyən bütün dövlətlərin təşəbbüsünü razılıqla qarşılayır: “Əgər İranın da belə bir istəyi varsa, biz bunu konkret şəkildə görmək istəyərik. İran İslam Respublikası bu çətin böhran illərində Ermənistanın yaşamasına ən çox kömək edən dövlətlərdən biridir - Ermənistana əsas resurs İran tərəfdən gəlir. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu dəfələrlə bəyan edib. İran Ermənistanla münasibətlərini dəyişə bilərsə, Ermənistanın təcavüzkar dövlət olduğunu nəzərə alaraq onunla münasibətlərini qurarsa, onda müəyyən köməyi ola bilər. Hələlik mən bunu görmürəm.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar