SON XƏBƏRLƏR

İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Hatəmi, Musəvi və Kərrubiyə xəbərdarlıq edib

2021.10.20, 07:36
İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Hatəmi, Musəvi və Kərrubiyə xəbərdarlıq edib

Gunaz.tv

Bakı – APA.İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qum şəhərindəki hərbi hissəsinin komandanı, general Əli Rza Cabbari islahatçı müxalifətin liderləri Məhəmməd Hatəmi, Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə xəbərdarlıq edib. APA-nın xəbərinə görə, Ə. R. Cabbari İRNA-ya açıqlamasında Hatəmi, Musəvi və Kərrubi üçün tövbə qapısının açıq olduğunu söyləyib: “Onlar dini liderdən bağışlanmalarını xahiş etməlidirlər. Əks halda sonları Bəni Sədr kimi olacaq. Xalq başqalarına nökərçilik edən Bəni Sədr və münafiqləri tarixin zibilliyinə atdığı kimi, ən qısa müddətdə inqilab və imamın yoluna qayıtmasalar, bu fitnənin başçılarını da tarixin zibilliyinə atacaq”. Ə. R. Cabbari Hatəmi, Musəvi və Kərrubiyə xitabən deyib: “Sizlər 30 illik etibarınızı itirdiniz. Milyonlarla iranlı dini lideri sevir, necə ola bilər ki, siz bu sevgiyə hörmət etmirsiniz? Xalq hakimiyyətini qəbul etmirsinizmi ki, milyonlarla iranlının haqqına hörmət göstərmirsiniz?” Qeyd edək ki, İran İslam Respublikasının ilk prezidenti olan Əbülhəsən Bəni Sədr 1981-ci ildə ayətullah Xomeyninin xeyir-duası ilə parlament tərəfindən vəzifədən kənarlaşdırılıb. Bəni Sədr daha sonra Fransaya mühacirət edib və hazırda orada yaşayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar