SON XƏBƏRLƏR

Netanyahu: “HƏMAS-ın bütün potensialı məhv edilməyincə əməliyyatlar dayanmayacaq”

2023.10.17, 10:17
Netanyahu: “HƏMAS-ın bütün potensialı məhv edilməyincə əməliyyatlar dayanmayacaq”

"İsrail HƏMAS-ın hərbi-inzibati potensialını məhv etməyincə Qəzza zolağındakı əməliyyatlarını dayandırmayacaq". Bunu İsrailin Baş naziri Binyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.

Gunaz.tv

"Baş nazir Binyamin Netanyahu axşam saatlarında (oktyabrın 16-da-red) Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Baş nazir açıq şəkildə bildirib ki, İsrail rəzil və qəddar qatillər tərəfindən hücuma məruz qalıb, qətiyyətli, vahid şəkildə birləşərək müharibəyə gedib və HƏMAS-ın hərbi, idarəetmə imkanlarını məhv etməyincə dayanmayacaq".

Qeyd edək ki, Fələstinin HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox insan isə yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar