SON XƏBƏRLƏR

ABŞ Mərkəzi Komandanlığının komandanı İsrailə səfər edib

2023.10.17, 12:38
ABŞ Mərkəzi Komandanlığının komandanı İsrailə səfər edib

ABŞ Mərkəzi Komandanlıq Qərargahının komandanı Maykl Kurilla İsrail rəsmiləri ilə görüş üçün bu ölkəyə səfər edib.

Gunaz.tv

Qərargahın 17 oktyabr bəyanatına istinadən Kurillanın səfər məqsədi İsrail ordusunun ehtiyaclarının araşdırılması və bölgədə çaxnaşmanın genişlənməsinin qarşısını almaqdır.

CNN xəbər agentliyinin bildirməsinə əsasən, Amerika Dəniz Qüvvələrinin 2 min çevik qüvvəsi İsrail sularında yerləşəməyə göndərilib.

Pentaqonun bu hərəkətdə məqsədi İrana, Livan Hizbullahına xəbərdarlıq və bölgədə müharibənin yayılmasının qarşısını almaqdır. 

Agentlik bildirib ki, bu qüvvələr İsrail ərzisində yerləşdirilməyəcək. Belə ki, Bayden iqtidarı HƏMAS-İsrail münaqişəsinə birbaşa hərbi müdaxilə niyyətində deyil.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar