SON XƏBƏRLƏR

"İran müharibəyə girişsə, Amerika da girişəcək"- Amerika

2023.10.17, 14:13
"İran müharibəyə girişsə,  Amerika da girişəcək"- Amerika

İranın “Fərhixtəqan” qəzetinin iddiasına əsasən Amerika Orta Şərqdə çaxnaşmanın idarə edilməsi tələbi ilə İrana məktub göndərib.

Gunaz.tv

Qəzet 4 bənddən ibarət tənzimlənmiş məktubun İranın BMT-də daimi elçisi Əmir Səid İrəvaniyə verildiyini bildirib. 

Məktubun 3 bəndində İrandan bölgədə çaxnaşmanın idarə olunması və azaldılması tələb olunub.

Sonuncu bənddə "İran müharibəyə girişsə,  Amerika da girişəcək"-deyə İrana xəbərdarlıq olunub. 

Qeyd edək ki, İranın rəhbəri Əli Xaməneyi HƏMAS-ın başladığı müharibə ilə İsrailin mülki  vətəndaşlarına törətdilən ciniayətlərə toxunmadan oktyabrın 17-də İsrailə xəbərdarlıq edib.

“Sionist rejimin cinayətləri davam edərsə, müqavimət qüvvələri və müsəlmanların qarşısını kimsə ala bilməyəcək.”-deyə Xaməneyi vurğulayıb.

“Müqavimət qüvvələri” İranın himayə etdiyi HƏMAS, Hizbullah, İslami Cihad və sair proksi qüvvələrə deyilir.

Xaməneyinin bu mesajı dünyada İsrailə qarşı hərəkətə keçməyə müsəlmanlara çağırış kimi də qiymətləndirilə bilər.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar