SON XƏBƏRLƏR

HƏMAS-İsrail müharibəsində 15 jurnalist həlak olub

2023.10.18, 13:18
HƏMAS-İsrail müharibəsində 15 jurnalist həlak olub

“Oktyabrın 9-dan başlanmış müharibə nəticəsində 15 jurnalist həlak olub”- bunu Jurnalistləri Qoruma Komitəsi (CPJ) açıqlayıb.

Gunaz.tv

Komitənin bildirməsinə əsasən, həmçinin 8 jurnalist yaralanıb, 3 jurnalist isə itkin düşüb və ya saxlanılıb. Həlak olmuş jurnalistlərdən 11-i fələstinli, 3-ü israilli və biri livanlı olub.

Royterz xəbər Agenliyinin açıqlamasına istinadən agentliyin kameraçısı İsam Abdulla Livanın cənubunda toqquşmalar zamanı həlak olub.

Livan dövləti İsam Abdullanın “qəsdən” öldürüldüyünə görə İsrailə qarşı BMT-nin Təhlükəsizlik Şurasına şikayət edəcəyini bildirb. 

Çaxnaşmalarda Əlcəzirə, Franspress və Royterzdən 6 jurnalist yararlanıb. 

Jurnalistləri Qoruma Komitəsi HƏMAS-İsrail müharibəsində mediyaların ofislərinin vurulduğunu da bildirib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar