SON XƏBƏRLƏR

Bayden Təl-Əvivdə bəyanat verib: “ABŞ İsrailin yanındadır"

2023.10.18, 13:28
Bayden Təl-Əvivdə bəyanat verib: “ABŞ İsrailin yanındadır"

“ABŞ İsrailin yanındadır”. Bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Cozef Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə bəyanatında çıxışı zamanı deyib.

Gunaz.tv

O bildirib ki, İsrail xalqının cəsarətini təqdir edir.

C.Bayden İsrailin özünümüdafiə haqqının olduğunu söyləyib: “Onu da deyim ki, HƏMAS bütün Fələstini təmsil etmir”.

Birləşmiş Ştatlar lideri söyləyib ki, Ağ ev İsrailin müdafiəsi üçün lazım olan yardımı göstərəcək. O, həmçinin səfərinin məqsədinin ABŞ-ın İsraili dəstəklədiyini dünyaya nümayiş etdirmək olduğunu deyib.

ABŞ Prezidenti Qəzzadakı xəstəxanaya hücum barədə də danışıb. O, bunu partlayışla əlaqələndirib: “Görünən odur ki, xəstəxanaya hücumu siz (red: İsrail) yox, qarşı tərəf həyata keçirib. Amma bir çox adam buna inanmır”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar