SON XƏBƏRLƏR

Zakir Həsənov Özbəkistana rəsmi səfərə gedib

2023.10.19, 10:12
Zakir Həsənov Özbəkistana rəsmi səfərə gedib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistana rəsmi səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Gunaz.tv

Səfər Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar