SON XƏBƏRLƏR

Lavrov: İsrail Fələstinlə bağlı BMT qətnaməsini pozur

2023.10.20, 14:05
Lavrov: İsrail Fələstinlə bağlı BMT qətnaməsini pozur

Rusiya BMT Təhlükəsizlik Şurasının 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması zərurətinə dair qərarlarına sadiqdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” kanalının “60 dəqiqə” proqramına müsahibəsində bildirib.

Gunaz.tv

"Biz BMT Təhlükəsizlik Şurasının heç kimin ləğv  və heç kimin imtina etmədiyi qərarlarına sadiqik. Bu qətnamələr 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasına dair razılaşmaların əldə olunmasını ehtiva edir.

Hamıya məlumdur ki, İsrail qondarma yaşayış məntəqələrini genişləndirmək üçün birtərəfli hərəkətləri ilə bu qətnaməni pozur”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar