SON XƏBƏRLƏR

Qəzzanın Əl-Əhli xəstəxanasında partlayışa bu bölgədən atəş edilmiş raket səbəb  olub

2023.10.23, 12:16
Qəzzanın Əl-Əhli xəstəxanasında partlayışa bu bölgədən atəş edilmiş raket səbəb  olub

Asoşeytedpres xəbər agentliyinin analiz etdiyi onlarla şəkilə və silah mütəxəssislərinin fikirlərinə əsasən, Qəzzanın xəstəxanasında parlayışa bu bölgədən atəş edilmiş raket səbəb  olub.

Gunaz.tv

Agentliyin nəşr etdiyi şəkillər və videolar üzrə analizlərinə əsasən ötən həftə Qəzza vaxtı ilə axşam 7-də atəş edilmiş xeyli sayda raketlərdən biri istiqamətini dəyişərək hissələri havada parçalanıb düşərək Əl-Əhli Xəstəxanasında ölümcül partlayışa səbəb olub.

Bu hadisədən paylaşılmış videoda həmin raketin istiqamət dəyişərək Qəzza bölgəsinə yönəldiyi müşahidə olunur. 

Agentliyin bu analizi mütəxəssilərin hadisəni qiymətləndirmələrinə, raketin coğrafi məkanını təyin etmə və raket silahları üzrə datalara əsasən təsdiq olunur. 

Xatırladaq ki, İsrailin ordusu bəyanatla bildirmişdir ki, ordunun bombaları yerə dəyərkən dərin çuxurlar törədir. Lakin həmin xəstəxanada bomba dağıntısı olmamış və çuxur yaranmayıb. 

Ordu həmçinin HƏMAS-ın 2 hərbi rəsmisinin telefon danışıqlarını ələ keçirərək onların İsrailə sarı atəş etdikləri raketlərdən birinin Qəzzaya dəydiyi barədə söbətlərini nəşr edib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar