SON XƏBƏRLƏR

SEPAH: HƏMAS-a açıq dəstək veririk

2023.10.23, 15:49
SEPAH: HƏMAS-a açıq dəstək veririk

İran İnqilab keşikçiləri Korpusunun baş komandanının müavini Əli Fədəvi HƏMAS-a açıq dəstək verdiklərini deyib.

Gunaz.tv

O, bu barədə yerli mediaya açıqlamasında bildirib.

"İslam Respublikasının dəstəyi nəticəsində bu gün İslami Müqavimət Cəbhəsinin əli doludur və mövcud imkanlarından istifadə etmək iradəsi də yaranıb. Fəxrlə və açıq şəkildə müqavimət cəbhəsinə dəstək vermişik",- Fədəvi qeyd edib.

Bununla eyni vaxtda İran parlamenti Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki İsrailə qarşı yeni cəbhə açmaqla hədələyib.

O, Qəzzaya hücumlarının davam etməsi təqdirdə İsrailə qarşı 1973-cü ildə olduğundan daha geniş cəbhə açacaqları və bu cəbhədə İranın ən təsirli ölkə olacağını bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar