SON XƏBƏRLƏR

"İran həmlələri asanlaşdırarsa, qətiyytlə reaksiya göstərərik"- Vaşinqton

2023.10.24, 11:51
"İran həmlələri asanlaşdırarsa, qətiyytlə reaksiya göstərərik"- Vaşinqton

HƏMAS-la İsrailin müharibəsi kəskinləşməklə Amerika İranı bu ölkənin qüvvələrinə həmlələrin “aktiv asanladırılmasında” ittiham edərək İrana qətiyytlə reaksiya göstərməyə hazır olduğunu bildirib.

Gunaz.tv

“İranın proksi qüvvələrinin Amerikanın İraq və Suriyada yerləşən qüvvələrinin  hərbi bazalarına raket və PUA həmlələri artıb. Bu həmlələrin qarşıdakı günlərdə kəskinləşcəyini güman edirik”-deyə Ağ Evin sözçüsü Karin Jan-Pyer qeyd edib. 

Həmçinin,  ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi oktyabrın 23-ü Ağ Evdə jurnalistlərə müsahibə verib.

“İran HƏMAS və Hizbullaha dəstəyini davam etdirir. Biz bilirik ki, İran bu olayları davamlı izləyir və bir sıra hallarda bu həmlələri aktiv şəkildə asanlaşdırır və qıcıqlandırır.

Bu halda qətiyytlə reaksiya göstərməyə hazırıq”-deyə Şuranın sözçüsü vurğulayıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar