SON XƏBƏRLƏR

Azərbaycan Türkiyə, Tacikistan, Qazaxıstan və Özbəkistan müdafiə nazirlərini təltif edib

2023.10.24, 15:23
Azərbaycan Türkiyə, Tacikistan, Qazaxıstan və Özbəkistan müdafiə nazirlərini təltif edib

"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Gunaz.tv

"Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunması barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar