SON XƏBƏRLƏR

ABŞ: "Ayətullaha cavab veriləcək"

2023.10.26, 11:31
ABŞ: "Ayətullaha cavab veriləcək"

Co Bayden İrana bağlı qüvvələrin İraq və Suriyada ABŞ qüvvələrinə hücumları ilə bağlı növbəti dəfə İran hökumətinə xəbərdarlıq edərək, buna görə cəzalandırılacağını deyib.

Gunaz.tv

Bu barədə Ağ Evin məlumatında bildirilib.

"Ayətullaha (Əli Xaməneyi nəzərdə tutulur) xəbərdarlıq etmişdim ki, ABŞ qüvvələrinə hücumların davam edəcəyi təqdirdə cavab veriləcək. İndi o hazır olsun, bunun İsraillə heç bir əlaqəsi yoxdur",- Bayden İrana zərbə endiriləcəyi ehtimalına işarə edib.

ABŞ prezidenti qeyd edib ki, ölkəsinin qoşunları Yaxın Şərqdə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparır və onun yenidən təşkilatlanmasının qarşısını almağa çalışır, bunun İsraillə heç bir əlaqəsi yoxdur.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar