SON XƏBƏRLƏR

Mişel MakKaul İrana qarşı və İsraili dəstəkləmək məqsədi ilə qətnamə çıxarılmasını istəyib

2023.10.26, 12:44
Mişel MakKaul İrana qarşı və İsraili dəstəkləmək məqsədi ilə qətnamə çıxarılmasını istəyib

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Mişel MakKaul həmkarlarından İrana qarşı və İsraili dəstəkləmək məqsədi ilə onun təklif etdiyi qətnaməni qərara almalarını xahiş edib.

Gunaz.tv

MakKaul bu barədə çıxışı zamanı HƏMAS-ın İsrailə “səbəbsiz və alçaqcasına” həmlələrini və İranın bölgədə terrorist qruplarını dəstəkləməsini qınayaraq təklif etdiyi qətnaməni “771 Saylı Qətnamə” adlandırıb.

“Qətnamə mütləq səs çoxluğu ilə qərara alınarsa terroristlərin və himayəçilərinin bəşəriyyətə qarşı cinayətlərinə görə cavabdeh ediləcəklərinə bir mesaj olacaq. 

Bu hərəkətlə İranın başçılığı ilə HƏMAS və sair terroristlərin başladıqları vəhşicəsinə müharibədə İsraili faktiki dəstəkləmiş olardıq.”-deyə Mişel MakKaul vurğulayıb. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar