SON XƏBƏRLƏR

HƏMAS-İsrail müharibəsində həlak olanlardan indiyədək 808 nəfərin şəxsiyyəti müəyyənləşib

2023.10.26, 13:55
HƏMAS-İsrail müharibəsində həlak olanlardan indiyədək 808 nəfərin şəxsiyyəti müəyyənləşib

HƏMAS-ın İsrailə hücumu nəticəsində həlak olan mülki vətəndaşlardan indiyədək cəmi 808 nəfərin şəxsiyyəti müəyyənləşib. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Gunaz.tv

Bildirilib ki, bu göstərici öldürüldüyü güman edilən mülki əhalinin 84 faizini təşkil edir.

Səlahiyyətlilər qeyd ediblər ki, cəsədlərin çoxunun şəxsiyyətini müəyyənləşdirməkdə çətinliklər var, çünki onların çoxu yanıb.

Məlumata görə, indiyədək 701 qurban dəfn edilib.

Mülki qurbanlarla yanaşı, təhlükəsizlik qüvvələrinin 300-dən çox əməkdaşının da həlak olduğu diqqətə çatdırılıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar