SON XƏBƏRLƏR

Amerika SEPAH-ın Suriyada bazalarını vurub

2023.10.27, 12:03
Amerika SEPAH-ın Suriyada bazalarını vurub

HƏMAS-ın İsrailə həmlələri nəticəsində Orta Şərqdə vəziyyət gərginləşərək Amerikanın hava qüvvələri SEPAH-ın Suriyada istifadə etdiyi 2 kompleksini F-16 qırıcıları ilə  vurub. 

Gunaz.tv

Silah və sursat anbarlarının vurulmasından öncə Av Ev Xaməneyiyə “xəbərdarlıq mesajı” göndərildiyini bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Bayden oktyabrın 26-ı Ayətullaha (Xaməneyi) kəskin cavab veriləcəyini bildirmişdir.

Pentaqon bəyanat yayaraq İraq və Suriyada Amerika bazalarına İrana bağlı qüvvələrin həmləsinə cavab olaraq SEPAH-ın və proksi qüvvələrinin Suriyada istifadə etdiyi 2 kompleksin vurulduğunu bildirib. 

“Amerikanın mövqelərinə oktyabrın 17-dən başlayan İrana bağlı qüvvələrin həmlələri nəticəsində bir amerikalı podratçı ürək tutumasından ölüb və 21 hərbçi də cüzi yaralar alıb.”-deyə ABŞ müdafiə naziri Lloyd Austin bəyanatda açıqlayıb.

“Amerika qarşıdurma və düşmənçiliyin artırılması niyyətində deyil.  Lakin qüvvələrimizə həmlələr davam edərsə, biz onları qorumaq üçün  lazım olan hərəkətləri etməyə tərədüd etməyəcəyik. 

Bütün ölkələrdən, bölgədə çaxnaşmanı artıran hər hansı hərəkətlərdən çəkinmələrini istəyirk.”- deyə nazir əlavə edib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar