SON XƏBƏRLƏR

İran geniş hərbi təlimlərə başladı

2023.10.27, 13:16
İran geniş hərbi təlimlərə başladı

Oktyabrın 27-i səhər  İran silahlı qüvvələri “Güc-2023” şüarı altında irimiqyaslı hərbi təlimlərə başlayıb.

Gunaz.tv

Təlimlərə ordunun bütün növ texnikası, o cümlədən tank, artilleriya, raket, desant və digər bölmələri cəlb olunub.

Təlimlər İranın mərkəzində yerləşən İsfahan şəhəri yaxınlığındakı Nəsrabad bölgəsində baş tutub.

Güc-2023” təlimlərinin sözçüsü Briqada generalı Əmir Çeşəkin sözlərinə görə, təlimdə piyada, zirehli, raket, artilleriya, aviasiya, İHA, mühəndislik, elektron müharibə, müasir müharibə, kiber müharibə qüvvələri, nəqliyyat və dəstək təyyarələri iştirak edir.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin hədəsindən sonra İran ordusunun təlim keçirməsi diqqət çəkib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar