“Mövqeymizi İrana açıq bildirmişik. Onların çaxnaşmanı azaltma istiqamətini seçəcəklərinə ümid edirik”. Bunu ABŞ XİN-nin sözçüsü Metyu Miller oktyabrın 30-u keçirdiyi toplantıda ölkənin hava qüvvələrinin Tehrana mesaj olaraq Suriyada İranın proksi qüvvələri mövqelərinə həmlələri barədə sualı cavablandırarkən bildirib.