SON XƏBƏRLƏR

Amerikanın İraqda qüvvələrinə yenə həmlə olunub

2023.10.31, 13:27
Amerikanın İraqda qüvvələrinə yenə həmlə olunub

Royterz xəbər agentliyi təhlükəszilik və dövlət rəsmilərinə istinadn PUA-larla Amerikanın İraqda qüvvələrinə yenə həmlə olunduğunu bildirib.

Gunaz.tv

2 silahlandırılmış PUA ilə İraqda Amerikanın hava qüvvələrinin yerləşdiyi Eyn Əl-Əsəd Bazasına həmlə olunub. Bazada digər Qərb ölkələrinin beynəlxalq qüvvələri də yerləşir.

Məlumatlı qaynaqların bildirməsinə görə  həmlə oktyabrın 31-i olunub. Həmlə nəticəsində tələfat və xəsarət olmadığı bildirilir.

"İraqın İslami Müqvimət" qrupu həmlə barədə cavabdehliyi üzərinə götürüb.

Oktyabrın 30-u da Eyn Əl-Əsəd Hava Qüvvələri Bazasına 4 katyuşa mərmisi atılıb. Lakin tələfat olmayıb.

Xatırladaq ki, Vaşınqton İranın dəstəklədiyi hərbi birləşmələr tərəfindən ABŞ qüvvələrinə yenə həmlələr olunarsa, daha radikal cavab verəcəyini bildirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar