SON XƏBƏRLƏR

İordaniya İranın Qəzza müharibəsini bölgədə yayacağını düşünür

2023.11.01, 12:14
İordaniya İranın Qəzza müharibəsini bölgədə yayacağını düşünür

İordaniya İranın və proksi qüvvələrinin Qəzza müharibəsini Orta Şərqin digər bölgələrinə yayacağı barədə profilaktik tədbirlər görür.

Gunaz.tv

Royterz xəbər agentliyinin məlumatına istinadən bu səbəbdən Amman Amerikadan Patriot Havadan Müdafiə Sistemlərinin İordaniyada yerləşdirilməsini istəyib. 

HƏMAS İsrailə qəfil həmləsində Təl-Əvivə və ölkənin digər bölgələrinə minlərlə raket atıb. Patriot sistemləri isə raketlərə qarşı effektiv müdafiə vasitəsidir.

“Biz Amerikadan Patriot Havadan Müdafiə Sistemlərini yerləşdirməklə, ölkəmizin müdafiə sisiteminin gücləndirilməsinə yardımçı olmasını istədik.”- deyə İordan ordusunu sözcüsü ölkənin dövlət televiziyası ilə müsahibəsində açıqlayıb.

Müsahibədə İranın adı çəkilməyib. Lakin İranın HƏMAS-İsrail müharibəsi davam edərsə, yeni cəbhələr açıla biləcəyi iddiasını nəzərə alaraq Amman Tehran tərəfindən bölgədə müharibənin qızışdırılacağını düşünür.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar