SON XƏBƏRLƏR

Kreml Makronun Qazaxıstana səfərinə münasibət bildirib

2023.11.01, 13:49
Kreml Makronun Qazaxıstana səfərinə münasibət bildirib

Qazaxıstan başqa ölkələrlə münasibətlərini öz maraqlarına uyğun inkişaf etdirir. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronunun Qazaxıstana səfərinə münasibət bildirərkən deyib.

Gunaz.tv

"Qazaxıstan suveren dövlətdir, bizim onlarla strateji tərəfdaşlıq münasibətimiz var.

Rusiya Federasiyası ilə Qazaxıstan arasında münasibətlər inkişaf edir, biz Astanadan qarşılıqlı münasibət görürük", deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü Fransa liderinin Qazaxıstan uranının Avropa İttifaqına ixracını artırmaq çağırışlarını da şərh edib.

Bildirib ki, uran bazarı rəqabətlidir və Rusiya Federasiyasının uran bazarındakı mövqeyini qiymətləndirmək çətindir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar