SON XƏBƏRLƏR

Almaniyada HƏMAS-ın fəaliyyəti qadağan olunub

2023.11.02, 15:15
Almaniyada HƏMAS-ın fəaliyyəti qadağan olunub

Almaniyada artıq terror təşkilatı kimi tanınan HƏMAS və Fələstin tərəfdarı Samidoun qruplaşmasının fəaliyyəti qadağan edilib.

Gunaz.tv

"Reuters" xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Faiser bildirib.

"Məqsədi İsrail dövlətini məhv etmək olan HƏMAS terror təşkilatının fəaliyyətini tamamilə qadağan etmişəm", - daxili işlər naziri Nensi Faiser deyib.

O əlavə edib ki, Samidoun-un alman qanadı da qadağan edilir.

Nazirin sözlərinə görə, bu beynəlxalq şəbəkə anti-İsrail və antisemitizm təbliğatını yaymaq üçün məhbuslarla həmrəylik qrupu adı altında işləyir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar