O, həmçinin Azərbaycan liderinə Qarabağ regionunun bərpa olunması istiqamətində həyata keçirilən işlərə görə təşəkkürünü bildirib.
V.Orban vurğulayıb ki, qlobal iqtisadiyyat son illərdə 2 dəfə çöküb, Avropada enerji daşıyıcılarına qiymətlər dəfələrlə qalxıb:
“Geridə qalan çağırışlar bizim qarşımızda iki yol qoyur - ya iqtisafdiyyatlar izolyasiya olunmalıdır, ya əməkdaşlığı daha da genişləndirməliyik.
Son zamanlar məhz izolyasiya olunmuş iqtisadiyyatlar, blok qoyulması ilə bağlı meyillərin şahidi oluruq. Lakin Macarıstan əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır”.