SON XƏBƏRLƏR

İraq ordusu bölgədə güman olunan müharibə üzrə hazır vəziyyətə gətirilir

2023.11.04, 12:56
İraq ordusu bölgədə güman olunan müharibə üzrə hazır vəziyyətə gətirilir

İraqın Səddam rejimində Amerika işləri üzrə məsul şəxs olmuş Salim Əl-Cəmili İraq ordusundan bir məxfi sənədi İfşa edərk onun İraq Ordusuna aid olduğunu deyib.

Gunaz.tv

Sənədin mətninə əsasən bölgədə güman olunan müharibəyə hazır olmaq üçün İraq ordusuna göstəriş verilib.

“İraq ordusuna aid bu yüksək məxfi sənəd ölkənin silahlı qüvvələrinin bölgədə hər an olacağı güman edilən müharibəyə hazır vəziyyətə gətirilməsi barədədir.”-deyə vaxtı ilə Təhlükəszlik İdarəsində Amerika işləri üzrə məsuliyyət daşıyan Əl-Cəmili öz “X” hesabında yazıb.

Sənədə əsasən İraqın Silahlı Qüvvələrinin Baş Qərargahı müəyyən hərbi tədbirlər görməklə bölgədə müharibəyə hazır olmaq üçün ordunun qurumlarına göstəriş verib. 

“Baş nazirin və silahlı qüvvələrin baş komandanı göstərişlərinin icrası məqsədi ilə, həmçinin bölgədə hazırkı vəziyyəti və hadisələri nəzərə alaraq təhlükəsizlik üzrə profilaktik tədbirlər görülməlidir.

Bu yöndə müdaifə mövqeləri seçilməli, yetərli yanacaq təmini olunmalı, hərbi təyyarələr öz hava bazalarında yeləşdirilməlidir. Həmçinin hərbi təchizat, sursat və yanacaq anbarları hazırlanmalı, 

pilotsuz təyyarələr və PUA-ların hazırlığı barədə müvafiq işlər görülməlidir.”-deyə ifşa olunmuş təlimat sənədində bildirilir. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar