SON XƏBƏRLƏR

HƏMAS İsrailə qarşı mülki infrastrukturlardan insan sipəri kimi istifadə edir

2023.11.06, 13:13
HƏMAS İsrailə qarşı mülki infrastrukturlardan insan sipəri kimi istifadə edir

İsrail ordusu HƏMAS-ın bu ölkəyə qarşı xəstəxanalar və uşaqların oyun meydançasından istifadə etdiyi barədə faktlar açıqlayıb.

Gunaz.tv

Ordunun sözçüsü noyabrın 5-i CNN-lə müsahibəsində xəstəxanaların, məktəblər və uşaq meydançaları çevrəsi və içərisində HƏMAS qüvvələrinin qərargahı və hərbi təchizatları barədə sənədlər və fotoları təqdim edib.

“Bu məkanlar HƏMAS tərəfindən insan sipəri olaraq istifadə olunur.”- deyə Daniel Haqarı bildirib.

CNN xəbər agentliyinə istinadən Haqari Qəzzanın şimalında İndoneziyanın xəstəxanasından fotolar təqdim edərək onun çevrəsində roketatar obyektlərin olduğunu göstərib. 

“Bu roketatarlar xəstəxana ilə ancaq 75-80 metr məsafədədir. HƏMAS-ın qüvvələri raketləri burdan atırlar.”

Haqari həmçinin Qəzzada Qətərin “Şeyx Həmd Bin Xəlifə” Xəstəxanasında tunel girişindən havadan çəkilmiş fotoları təqdim edib.

“Bu tunel terror avadanlıqlarının xəstəxanaya daşınması üçün istifadə olunur. Həmçinin  teroristlər xəsətxananın içərisindən bizim əsgərlərimizə atəş edirlər.”-deyə Haqarı açıqlamasının davamında bildirib.

İsrail ordusu iddialarının sübutu üçün video paylaışb. Videoda uşaq meydançası və hovuzundan 5 metr məsəfədə 4 roketatar məkan göstərirlir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar