SON XƏBƏRLƏR

İsrail müdafiə naziri Qəzzada əməliyyatların yeni mərhələsinə keçəcəklərini deyib

2024.01.08, 16:32
İsrail müdafiə naziri Qəzzada əməliyyatların yeni mərhələsinə keçəcəklərini deyib

İsrail qüvvələri tezliklə Qəzzanın şimalında əməliyyatların daha az intensiv mərhələsinə keçəcək.

Gunaz.tv

Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant "Wall Street Journal"a müsahibəsində bildirib.

O, İsrail ordusunun "müharibənin intensiv manevr mərhələsi" adlandırdığı vəziyyətdən "müxtəlif növ xüsusi əməliyyatlara" keçəcəyini deyib.

"Biz Qəzza şəhəri də daxil olmaqla şimalda növbəti mərhələyə yaxınlaşırıq", -müdafiə naziri vurğulayıb.

O, çox sayda mülki vətəndaşı nəzərə almalı olduqlarını qeyd edib və hərbi taktikalara düzəlişlər edilməli, bunun üçün bir az vaxt lazım olduğunu əlavə edib.

Müharibədən sonra Qəzzanın “reabilitasiyasına” nəzarət etmək üçün müdafiə naziri Avropa və Yaxın Şərq tərəfdaşları ilə birlikdə ABŞ-nin rəhbərlik etdiyi çoxmillətli işçi qrupunun yaradılmasını təklif edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar