SON XƏBƏRLƏR

ABŞ: İran təhdidi ilə mübarizə üçün bütün variantlar masa üzərindədir

2024.01.10, 15:23
ABŞ: İran təhdidi ilə mübarizə üçün bütün variantlar masa üzərindədir

ABŞ İrana və onun regiondakı proksi qüvvələrininin təhdidlərinə qarşı mübarizə aparmaq üçün bütün variantları nəzərdən keçirir.

Gunaz.tv

Bunu ABŞ-nin İran üzrə xüsusi nümayəndəsinin müavini Abraham Pili deyib.

O, bildirib ki, indiki vəziyyətdə İran və ona bağlı qüvvələr mövcud vəziyyətdən istifadə etməməli və sabitliyi pozmağa cəhd göstərməməlidirlər.

Pili, İranın insan haqlarının pozulduğunu, Tehran hökumətinin beynəlxalq gəmiçilik xətlərinə hücumda Husilərə dəstək verdiyini, terrorizmi himayə etdiyini və nüvə gərginliyini artırdığını deyib. 

"Bu təhdidlərə qarşı mübarizə üçün ABŞ bütün mövcud vasitələrdən istifadə edəcək və heç bir variantı masadan çıxarmayacaq",- o, qeyd edib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar