SON XƏBƏRLƏR

İran pulu ucuzlaşmaqda davam edir

2024.01.15, 11:16
İran pulu ucuzlaşmaqda davam edir

İran pulu ucuzlaşmaqda davam edir və hazırda azad bazarda bir ABŞ dolları 52 min 710 tüməni keçib.

Gunaz.tv

Bununla yanaşı, hər bir avronun qiyməti 57,808  tümənə çatıb.

İqtisadçılar qarşıdakı günlərdə İran pulunun daha çox ucuzlaşacağını bildirirlər.

Qeyd edək ki, "Forbes" jurnalının ötən ilin sonlarında yaydığı məlumata görə, İran rialı yenidən dünyanın ən ucuz valyutası kimi rekord vurub.

İran pulu 2023-cü ilin iyul ayından bəri daha sürətlə dəyərdən düşməkdə davam edir.

92 il ərzində rialın qızıla nisbətdə dəyəri 6 milyon dəfə, rialın dollara nisbətdə dəyəri isə təxminən 16 min dəfə azalıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar