SON XƏBƏRLƏR

İran və Şimali Koreyanın raketləri Rusiyanın Ukraynaya hücumlarını gücləndirir

2024.01.15, 11:09
İran və Şimali Koreyanın raketləri Rusiyanın Ukraynaya hücumlarını gücləndirir

Moskva Ukraynanın havadan müdafiəyə qalxan sisitemini qırmaq məqsədi ilə taktikalarını misli görünməmiş həmlələr edərək dəyişib.

Gunaz.tv

Bu barədə "Finansial Tayms" qəzeti bildirməklə, İran və Şimali Koreyanın verdiyi raketlərin Rusiyanın Ukraynaya hücumlarını gücləndircəyini yazıb.

Qəzetin yazdığına istinadən Ukrayna üçün yeni il çox çətin başlayıb və Kiyev 2 il müharibədən sonra yorulub və sarsılıb. 

Belə bir durumda İran istehsalı olan PUA-lar və Şimali Koreyanın ballistik raketləri ilə Rusiyanın havadan həmlələri artıb.

Ukraynanın Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib: “Rusiyanın bir müddətdir artan həmlələri Ukraynanın müdafiə üçün istifadəsində olan izləyici raketlərin bitəcəyi təhlükəsi ilə nəticələnə bilər. Bizə daha çox resurslar lazımdır.”

Ukrayna rəsmiləri bildirib ki, Rusiya hələ dekabrın 29-dan yanvarn 2-dək  500 PUA və raketə atəş edib. 

Beynəlxalq Sülh üzrə Karnegi İanə Müəssisəsinin yüksək üzvü Dara Masiko bu barədə deyib: “Ruslar Ukraynanın havadan müdafiə sisitemini qırmağa cəhd edirlər. 

Ukrayna öz səmasını müdafiə edə bilməsə, Rusiya tərəfindən ağır bombardımançı təyyarələrin hərəkətə keçməsinə yol açılar.”

Taymaz

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar