SON XƏBƏRLƏR

Pakistan XİN: "Gərginliyi artırmaq məqsədimiz yoxdur"

2024.01.18, 14:14
Pakistan XİN: "Gərginliyi artırmaq məqsədimiz yoxdur"

"Pakistan özünü müdafiəyə daima hazırdır".

Gunaz.tv

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Mümtaz Zəhra Bəluç həftəlik mətbuat konfransında deyib.

O, İrandakı "terrorçulara" aviazərbə endirildikdən sonra Pakistanın vəziyyəti gərginləşdirmək istəmədiyini açıqlayıb.

İran da daxil olmaqla, bütün ölkələrlə sülhün qorunub saxlanmasını arzuladığını, Pakistanın İranı "dost və qardaş" kimi gördüyünü qeyd etsə də, ölkəsinin təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.

"Bildirmək istərdik ki, Pakistanın təhlükəsizliyi və suverenliyi müqəddəsdir. Pakistan özünü müdafiəyə daima hazırdır" , - xanım katib söyləyib.

O, həmçinin terrorizmlə mübarizə naminə dialoq və əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar